Quliyev Ağamirzə İlham
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Quliyev Ağamirzə İlham

Ata adı: İlham

🐣
Doğum — Gəncə
🕊️
Şəhadət — Xocavənd
📍
Dəfn Olunduğu Yer Gəncə Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Xocavənd

Təltif Edildiyi Orden və Medallar

"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Ağamirzə Quliyev 2 may 2001-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 2007-ci ildə Gəncə şəhər İ.Nəsimi adına 44 nömrəli məktəb-lisey kompleksinə daxil olmuşdur, daha sonradan Gəncə şəhər İsrafil Məmmədov adına 27 saylı məktəb-liseyinə qəbul edilmişdir. Yaşayış yerinin dəyişməsi səbəbi ilə 21 saylı məktəbdə təhsil almış, 2018-ci ildə Səməd Vurğun adına 41 saylı tam orta məktəbdən məzun olmuşdur.

Ailədə 3 uşaq olmuşlar: 1 bacı və 2 qardaş. Evin böyük oğlu idi. 2 may 2019-cu ildə 18 yaşını tamamlamış və iyulun 5-i hərbi xidmətə çağırılmışdır. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı 3 noyabr 2020-ci ildə Xocavənd döyüşlərində şəhid olmuşdur.

19 noyabr 2020-ci il tarixində Gəncə Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Ölümündən sonra 19 dekabr 2020-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qulluqçusu Quliyev Ağamirzə İlham oğlu “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.

25 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Quliyev Ağamirzə İlham oğlu ölümündən sonra “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qulluqçusu Quliyev Ağamirzə İlham oğlu III dərəcəli “Vətənə xidmətə görə” medalı ilə təltif edilmişdir.

Xatirələrdə Yaşayan Şəhid:

Mərd, ailəcanlı, vətənpərvər insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Gəncə şəhəri, 41 saylı orta məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Quliyev İlham Ağamirzə oğlu Ana: Quliyeva Dürdanə Yolçu qızı Qardaş: Quliyeva Nazəni İlham oğlu Bacı: Quliyev Ayxan İlham qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər