Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Fuad
Alim Quliyev 15 mart 1999-cu ildə Siyəzən rayonu Yenikənd kəndində anadan olub. 2005-ci ildə Yenikənd kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 2014-cü ildə həmin məktəbin 9-cu sinfini bitirmişdir.
2017-ci ilin aprel ayında həqiqi hərbi xidmətə yollanmışdır, 2018-ci ilin oktyabr ayında həqiqi xidməti bitirmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra, bir müddət "Giləzi Quşçuluq Şirkəti" MMC-də fəhlə işləmişdir. 2020-ci ildən "Siyəzən Broyler" ASC-da fəhlə işləmişdir. 21 sentyabr 2020-ci il tarixində SHXÇDX-ın Siyəzən bölməsi tərəfindən səfərbər edilmişdir.
Alim Quliyev Ağdam, Füzuli, Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak edərək qəhrəmanlıq nümayiş etdirib. 4 gün yaralı vəziyyətdə döyüşüb. Yaralarını özü sarıyaraq döyüşlərdə irəliləyib. Həmin vaxt müxtəlif ağrıkəsici iynələr vasitəsilə qüvvətini itirməyib. Həmin müddətdə 20-dən çox yaralı əsgəri döyüş bölgəsindən uzaqlaşdırıb. Alim Quliyev oktyabr ayının 30-u Şuşa yaxınlığında qəhrəmancasına şəhid olub, noyabrın 1-i isə torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Alim Quliyev ölümündən sonra “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” , “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Alim Quliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Atasının sözlərinə əsasən Alim mərd, cəsur, qorxmaz xarakterli bir şəxs idi. Ətrafındakı hər kəslə səmimi rəftar edər, heç kimin xətrinə dəyməyi sevməzdi. Sevdiklərini hər zaman qoruyar, ailəsi ilə birgə zaman keçirər, onların problemləri ilə maraqlanar və həll etməyə çalışardı. Alim məktəbdə dərslərini yaxşı oxuyurdu, müəllimlərinin sevimli tələbələrindən idi. Məktəbi də yaxşı qiymətlərlə başa vurmuşdur. Şəhidimiz maraq dolu insan idi, hər dəfə yeni şeylər öyrənər, bilik və bacarıqlarını artırmağa çalışardı. Şəhidimiz ətrafındakı insanların hörmətini qazanmış, onların xatirələrində gözəl hisslər buraxmışdır.
Ata: Quliyev Fuad Əsəd oğlu Ana: Quliyeva Sevda Tahir qızı Bacı: Məcidova Aygül Fuad qızı Bacı: Quliyeva Nərmin Fuad qızı Bacı: Quliyeva Aytən Fuad qızı