Üsuliddin -1- Hacı Mircəfər Əyyubov
Böyük Günahlar Kiçik Addımlarla Başlayır
Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Ata adı: Mətləb
Quliyev Aqil Mətləb oğlu 2000-ci il dekabrın 3-də Bərdə şəhərində anadan olub. O, Akademik Zərifə Əliyeva adına texniki fənnlər təmayüllü məktəb-litseydə təhsil alıb. 2020-ci ilin iyun ayından müddətdən artıq hərbi xidmət keçən Aqil, Vətən Müharibəsi zamanı döyüşlərdə fəal iştirak edib.
Aqil Quliyev 2020-ci il noyabrın 8-i Şuşa istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Aqil Quliyev ölümündən sonra “Vətən Uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Aqil Quliyev 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib.
Mülayim, xoşxasiyyət, vətənpərvər bir oğul idi.
Ata: Quliyev Mətləb Cəfər oğlu Ana: Quliyeva Vüsalə Telman qızı Qardaş: Quliyev Mühəmməd Mətləb oğlu Qardaş: Quliyev Cəfər Mətləb oğlu