Quliyev Barat Nizami
MAHHXHQ əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Quliyev Barat Nizami

Ata adı: Nizami

🐣
Doğum — Beyləqan
🕊️
Şəhadət — Füzuli Qaraxanbəyli kəndi
📍
Dəfn Olunduğu Yer Beyləqan Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
İgidliyə görə medalı

İgidliyə görə medalı

İgidliyə görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Barat Quliyev Nizami oğlu 1991-ci il 22 dekabr tarixində Beyləqan şəhərində anadan olub. 1999-2010-ci illərdə orta təhsilini Beyləqan şəhər 3 nömrəli tam orta məktəbdə alıb.
2010-cu il 12 oktyabr həqiqi hərbi xidmətə çağrılıb. Hərbi xidmətini Suraxanıda yerləşən hərbi hissədə xidmət edib. 2012-ci ildə xidməti başa vurmuşdur. 2014-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə daxil olmuşdur. Azərbaycan Silahlı Qüvvələri sırasında manqa komandiri kimi çalışmışdır. 2015-ci il 30 dekabrda hərbi hissənin 2-ci taborunun 6-cı bölüyün 2-ci taqımın 1-ci manqasında sürücü vəzifəsində xidmət etmişdir.

Azərbaycan Ordusunun əsgəri olan Barat Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində gedən döyüşlərdə olub. Barat Quliyev sentyabr 29-da Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Barat Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Barat Quliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Barat Quliyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Barat Quliyev 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə  tətif edilib. 

Xatirələrdə Yaşayan Şəhid:

Sakit, mülayim, vətənpərvər, ailəcanlı, dostcanlı, vəfalı insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Beyləqan şəhər, 3 saylı tam orta məktəb
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Quliyev Nizami Barat oğlu Ana: Quliyeva Nazlı Rəhim qızı Bacı: Hümbətova Aynur Nizami qızı Qardaş: Quliyev Elnur Nizami oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər