Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Firuz
Bəhruz Quliyev 9 may 1990-cı il tarixində Goranboy rayonunda anadan olub. Naftalan şəhərində böyüyüb boya-başa çatıb. O, 2014-cü ildən MAXE kimi hərbi xidmət etməyə başlayıb. 2016-cı il aprel döyüşlərinin də iştirakçısı olub.
Azərbaycan Ordusunun əsgəri olan Bəhruz Quliyev Elsəfa Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtərin işğalda olan ərazilərinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. 10.04.2020 tarixində Suqovuşan uğrunda döyüşlərdə şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Bəhruz Quliyev ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Bəhruz Quliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Valideyinlərinin hörmətini saxlayan, övladlarını sevən bir ata idi. Həmişə haqqında gözəl sözlər danışırdılar. Döyüş zamanı çox igidliklər göstərib. Döyüş yoldaşları onunla qürur duyduqlarını deyərdilər.
Ata: Quliyev Firuz İsa oğlu Ana: Quliyeva Möhtərəm Əli qızı Bacı: Quliyeva Məhəbbət Firuz qızı Bacı: Quliyeva Elnarə Firuz qızı Həyat yoldaşı : Quliyeva Əfsanə Bahadur qızı Qızı : Quliyeva Elay Bəhruz qızı Qızı: Quliyeva Mədinə Bəhruz qızı