Quliyev Elçin Rövşən
MAHHXHQ əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Quliyev Elçin Rövşən

Ata adı: Rövşən

🐣
Doğum — Bərdə Qaradağlı kəndi
🕊️
Şəhadət — Goranboy Tap Qaraqoyunlu kəndi
📍
Dəfn Olunduğu Yer Bərdə Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Tərtər ⚔️ Goranboy

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Şəhid Quliyev Elçin Rövşən oğlu 1992-ci il oktyabrın 18-də Bərdə rayonunun Qaradağlı kəndində anadan olub.

O, 2020-ci il iyulun 17-də hərbi xidmətə yollanıb.

Elçin Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib.

Elçin Quliyev, sentyabrın 29-da Goranboy rayonu Tapqaraqoyunlu kəndi, Kəhrilər xarabalığı istiqamətində düşmən tərəfindən odlu silahla və diğər silah növlərindən atılan mərminin partlayışı nəticəsində şəhid oldu. O, düşmən bölmələrinin yerləşdiyi 1444.0 yüksəkliyində düşmənin çoxlu sayda canlı qüvvəsini məhv edib və şücaət göstərib.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Elçin Quliyev ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” , “Cəsur döyüşçü” və “Vətən uğrunda ”medalları ilə təltif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Elçin Quliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Sakit təbiyətli, vətənpərvər, igid oğul idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Bərdə rayon Alı Mustafayev adına 5 saylı tam orta məktəbi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Quliyev Rövşən Balay oğlu Ana: QuliyevaNuranə Rəhim qızı Qardaş: Quliyev Elmir Rövşən oğlu Həyat yoldaşı: Quliyeva Aysel Namiq qızı Qızı: Quluzadə Nəzrin Elçin qızı Qızı: Quluzadə Bahar Elçin qızı Oğlu: Quluzadə Rövşən Balay oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər