Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Turac
Əli Quliyev 20 oktyabr 2001-ci ildə İraqın Kərbəla şəhərində ilahiyyatçı ailəsində anadan olmuşdur. 12 yaşına kimi Kərbəla şəhərində yaşamış və təhsil almışdır. 2013-cü ildə ailəsi ilə birlikdə Azərbaycanın Masallı rayon Kolatan kəndinin Bağıroba qəsəbəsinə yerləşmişdir. Elə həmin ildə də Birinci Qarabağ Müharibəsi kənd şəhidi Simran Rzayev adına məktəbin altıncı sinfinə daxil olmuşdur. Məktəbi başa vuran Əli ali təhsil olmaq üçün imtahan verir, lakin müvəffəqiyətli olmur. 2020-ci ildə hərbi xidmətə yollanır. Dislokasiyası Cocuq Mərcanlı olan "N" saylı hərbi hissədə xidmətə başladı. İkinci Qarabağ Müharibəsinə qatılaraq düşmənin Azərbaycan torpaqlarından qovulmasında iştirak etdi. Oktyabrın 26-dan 27-ə keçən gecə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. 29 oktyabr 2020-ci ildə Kolatan kəndinə gətirilərək torpağa tapşırıldı.
Azərbaycan prezidenti İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə", “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” medallları ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Əli Quliyev 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib.
Ana – mehriban ata-anaya bağlı,gülərüz,həmişə gələcəyini düşünərdi ki,gələcəkdə nəyim olacaq,sizi necə saxlayacam. Gərək özümə yaxşı peşə tapım ki, sizə yaxşı baxa bilim. Qardaşıyla çox mehribanidi. Əsgər yoldaşları bizə gələndə danışırdılar ki,nə olsaydı Əli namazından qalmazdı,bizidə namaza dəvət edərdi.
Ata: Quliyev Turac Məmməd oğlu Ana: Bağışova Çimnaz Fətulla qızı Qardaş: Quliyev Məhəmməd Turac oğlu