Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Əli
Quliyev Eltay Əli oğlu 3 iyun 1989-cu ildə Goranboy rayonunun Quşçular kəndində doğulmuşdur.
2006-cı ildə Gəncə şəhər 33 nömrəli tam orta məktəbi bitirmişdir.
2007-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən hərbi xidmətə çağrılmış, Milli Qvardiya – Xüsusi Dövlət Mühafizə Xidmətində xidmət etmişdir.
Bir müddət Türkiyə Respublikasında əmək fəaliyyəti ilə məşğul olan Eltay Quliyev 2016-cı ildə tarixə “4 günlük müharibə” kimi düşən Aprel döyüşləri zamanı Azərbaycana geri dönmüş və könüllü olaraq orduya yazılmışdır.
1 iyun 2020-ci il tarixində Azərbaycan Ordusunda MAXE hərbi qulluqçu kimi xidmətə başlamışdır.
27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin kiçik çavuşu Eltay Quliyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, Tərtər və Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə vuruşmuşdur.
29 sentyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan kəndi uğrunda gedən döyüşdə şəhid olmuşdur.
30 sentyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
Quliyev Eltay Əli oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra) və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə “Cəsur döyüşçü ”medalları ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Ailəli idi, 3 övladı yadigar qalıb.
Zarafatcıl, mehriban, ailəcanlı, qonaqpərvər insan olub.
Ata: Quliyev Əli Əşrəf Ana: Quliyeva Şölə İdris qızı Həyat yoldaşı: Əsgərova Şəfa Məsud qızı Oğlu: Əşrəfli Elnur Eltay oğlu Qızı: Əşrəfli Gülnur Eltay qızı Qızı:Quliyeva Şölə Eltay qızı