Quliyev Elvin Amil
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Quliyev Elvin Amil

Ata adı: Amil

🐣
Doğum — Daşkəsən Əhmədli kəndi
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Daşkəsən Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Səfərbərlik
Döyüşlərdə İştirak:
⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Elvin Amil oğlu Quliyev 1999-cu il iyulun 24-də Daşkəsən rayonu Əhmədli kəndində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Elvin Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

1 oktyabrda Füzuli rayonu Yuxarı Seyidəhmədli kəndi istiqamətində düşmən üzərinə hücuma keçərkən həlak olub.Daşkəsən rayonu Şəhidlər Xiyabanında dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 2 Sərəncamlarına əsasən Elvin Quliyev ölümündən sonra "Vətən uğrunda"  və “Füzulinin azad edilməsi uğrunda ”medalı ilə təltif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Elvin Quliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Sakit təbiyətli bir oğlan olub. Böyüklər olan yerdə heç vaxt danışmaz, hər şeyin yerini bilən, hörmətcil biri olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Daşkəsən rayonu Əhməd kənd Q.Rövşən adına tam orta məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Qənbərov Amil Səməndər oğlu Ana: Quliyeva Elnarə Ramiz qızı Bacı: Quliyeva Şahnaz Amil qızı Bacı: Quliyeva Gülnaz Amil qızı Qardaş: Qənbərov Murad Amil oğlu Qardaş: Qənbərov İsmayıl Amil oğlu Bacı: Qənbərova Gülnarə Amil qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər