Quliyev İlqar Akif
Mayor
🇦🇿 Azərbaycan Şəhidi

Quliyev İlqar Akif

Ata adı: Akif

🐣
Doğum — Goranboy Faxralı kəndi
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Goranboy Faxralı kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Mayor
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Xocavənd ⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
İgidliyə görə medalı

İgidliyə görə medalı

İgidliyə görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
"Azərbaycan Bayrağı" ordeni

"Azərbaycan Bayrağı" ordeni

"Azərbaycan Bayrağı" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

İlqar Quliyev 1973-cü il fevralın 3-də Goranboy rayonunun Fəxralı kəndində anadan olub. 1980-1990-cı illərdə Fəxralı kənd tam orta məktəbində təhsil alıb. 1991-1996-cı illərdə isə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında (AKTA) "Mühasibat uçotu" üzrə ali təhsil alıb. Ailəli idi. 2 övladı yadigar qaldı.

Azərbaycan Ordusunun mayoru olan İlqar Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda döyüşlərdə savaşıb. İlqar Quliyev sentyabrın 30-da Füzuli döyüşləri zamanı şəhid olub. Goranboy rayonunun Fəxralı kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlqar Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İlqar Quliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İlqar Quliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən İlqar Quliyev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Ailəcanlı, mərd, cəsur insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Goranboy rayonu, Faxralı kənd tam orta məktəbi
Ali Təhsil Azərbayacan Kənd Təsərrüfatı Akademiyası
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Həyat yoldaşı: Həmidova Günel Şahin qızı Oğlu: Quliyev Akif İlqar oğlu Qızı: Quliyeva Selcan İlqar qızı Qardaş: Quliyev Fuad Akif oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər