Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Kürdoğlu
Quliyev İman Kürdoğlu oğlu 1999-cu il iyulun 11-də Yevlax rayonunda anadan olub.
O, 2019-cu il sentyabrın 16-da hərbi xidmətə çağrılıb.
İman Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. O, Laçın istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Boya-başa çatdığı Salahlı kəndinin qəbiristanlığında dəfn olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən İman Quliyev ölümündən sonra “Vətən uğrunda” , “Cəsur döyüşçü”, “Soqovuşanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Laçının azad olunmasına görə” və "Vətən Uğrunda" medalları ilə təltif olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, İman Quliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Vətənpərvər, ailəcanlı, dürüst, ədalətli, dosta sədaqətli insan idi.
Ata: Quliyev Kürdoğlu Cahangir oğlu Ana: Quliyeva Lamiyə Bədi qızı Bacı: Quliyeva Elnarə Kürdoğlu qızı Bacı: Ruslanova Gülsüm Kürdoğlu qızı Bacı: Quliyeva Fidan Kürdoğlu qızı