Quliyev Kamran Dadaş
MAHHXHQ əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Quliyev Kamran Dadaş

Ata adı: Dadaş

🐣
Doğum — Salyan
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Salyan Arbatan kəndi
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Quliyev Kamran Dadaş oğlu 1992-ci il mayın 11-də Salyan rayonunda anadan olub – Şuşanın işğalından üç gün sonra, Azərbaycan da hadisələrin gərgin olan bir dövründə. Ermənilər ötən əsrin 90-cı illərinin əvvəllərində dünya ictimaiyyətinin gözü qarşısında Azərbaycanın tarixi torpaqları olan Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı kimi məkanlarımızı işğal etdi. Kamranın da ana laylasından, ana südündan vətənə sevgi bütün varlığına hopur. Vətənlə bağlı düşüncələri, vətənpərvərlik tərbiyəsi, vətəni sevmək kimi ali dəyərləri kiçik yaşlarından əxz olunur.

Məktəb yaşı çatanda bütün yaşıdları kimi, birinci sinfə gedir. Salyan rayon 7 saylı tam orta məktəbdə təhsil alıb. Parta arxasında oturduğu illərdə qisası qiyamətə qoymamaq kimi fikiri vətənsevər oğullar kimi onun da ruhi, əqli, mənəvi dünyasına hakim oldu.


Kamran Quliyev 2011-ci ildə əsgəri xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsində başa vursa da elə həmin ildən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. 28 illik ömür yolunda o da çoxları kimi torpaqlarımızı işğal edib, insanları ev-eşiyindən didərgin salan düşməndən qisas almaq hissi ilə yaşayır. Ali Baş Komadanın əmrini gözləyirdi ki, düşmənə dərsini versin.

Sentyabrın 27-də Vətən müharibəsi başlayanda o da mürahibəyə yola düşür. Düşmənin ağır itkilərə məruz qoyulmasında onun da pay var. Tovuzdan başlanan döyüş yolu Cəbrayılda, Füzulidə davam edib. Füzuli istiqamətində aparılan hərbi əməliyyatlarda şəhid olur. 5 oktyabr 2020-ci il tarixində onun ön cəbhədə son döyüşü olur. Kamran torpaqlarımızın işğalçılardan azad olunması yolunda şəhid oldu.

Kamran Quliyevin iki övladı onun ocağında böyüyür: Tunar və Ümid. Vətən üçün əmanətdir bu oğullar. Tunar hələ həyatda nə baş verdiyindən xəbərsizdir O, 4 aylıqdır. Ümid isə 7 yaşındadır.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən Kamran Quliyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 25 dekabr tarixli Sərəncamına əsasən Kamran Quliyev ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Kamran Quliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Ailəcanlı, mehriban, vətənpərvər bir insan kimi xatırlanır.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Salyan rayon 7 saylı orta məktəb
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Quliyev Dadaş Aydın oğlu Ana: Quliyeva Arzu Əlifağa qızı Həyat yoldaşı: Quliyeva Tahirə Fəxrəddin qızı Oğlu: Quliyev Ümid Kamran oğlu Oğlu: Quliyev Tunar Kamran oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər