Quliyev Kənan Vaqif
MAHHXHQ əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Quliyev Kənan Vaqif

Ata adı: Vaqif

🐣
Doğum — Culfa
🕊️
Şəhadət — Xocavənd Tuğ
📍
Dəfn Olunduğu Yer Culfa Şəhər qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Səfərbərlik
Döyüşlərdə İştirak:
⚔️ Şuşa ⚔️ Xocavənd ⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
Hərbi xidmətlərə görə medalı

Hərbi xidmətlərə görə medalı

Hərbi xidmətlərə görə
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Kənan Quliyev 11 sentyabr 1992-ci ildə Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində anadan olmuşdur. 1998-ci ildə Culfa şəhər Məhərrəm Əsgəroğlu adına 2 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 2009-cu ildə həmin məktəbi bitirmişdir.
Məktəbi bitirdikdən sonra 2010-cu il oktyabr ayında Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə çağırılmış və 2012-ci il aprel ayında hərbi xidmətini başa vurmuşdur. Daha sonra isə 4 oktyabr 2019-cu ildə Azərbaycan Respublikası Ordu sıralarında XTQ hərbi qulluqçu kimi xidmətini davam etdirmişdir.

 Azərbaycan Ordusunun əsgəri olan Kənan Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Qubadlı istiqamətində gedən döyüşlərdə xüsusi cəsurluq nümayiş etdirərək iştirak etmişdir. 26 oktyabr 2020-ci ildə Qubadlı şəhəri uğrunda gedən döyüşlərdə düşmənin qəfil gülləsinə tuş gələrək qəhrəmancasına şəhid olmuşdur. Culfa şəhərində dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Kənan Quliyev ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.

Şuşa şəhərinin işğaldan azad olunmasına görə gedən döyüşlərdə xüsusi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Quliyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Kənan Quliyev ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Kənan Quliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Mərd, cəsur insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Culfa şəhəri, Məhərrəm Əsgəroğlu adına 2 nömrəli orta məktəbi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Quliyev Vaqif

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər