Quliyev Mehtab Ənvər
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Quliyev Mehtab Ənvər

Ata adı: Ənvər

🐣
Doğum — Gədəbəy Kiçikqaramurad kəndi
🕊️
Şəhadət — Zəngilan Ağbaba kəndi
📍
Dəfn Olunduğu Yer Gədəbəy Kiçikqaramurad kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Dövlət Sərhəd Xidməti
Xidmət Növü Səfərbərlik
Döyüşlərdə İştirak:
⚔️ Zəngilan ⚔️ Cəbrayıl

Təltif Edildiyi Orden və Medallar

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
"Zəngilanın azad olunmasına görə" medalı

"Zəngilanın azad olunmasına görə" medalı

Zəngilanın azad olunmasına görə
İgidliyə görə medalı

İgidliyə görə medalı

İgidliyə görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Mehtab Quliyev 6 dekabr 1997-ci ildə Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub. 2003-2014-cü illərdə həmin kəndin Nizami Gəncəvi adına tam orta məktəbində təhsil almışdır.

Mehtab Quliyev 2019-cu il oktyabr ayında Dövlət Sərhəd Xidmətinin sıralarına müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Mehtab Quliyev Çevik Hərəkət Qüvvələrinin Çevik Hərəkət Briqadasında qumbaraatan vəzifəsində xidməti zamanı nizamnamələrin tələblərinə riayət etmiş, yüksək intizamı, çalışqanlığı və yardımsevərliyi ilə fərqlənirdi.

Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Mehtab Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı Füzulinin, Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Komandirləri tərəfindən ona verilən tapşırıqları uğurla yerinə yetirən Mehtab bir neçə dəfə həyatını riskə ataraq yaralı yoldaşlarını döyüş meydanından çıxarmışdır. O, Zəngilan rayonu ərazisində Ermənistanla sərhəddə yerləşən yüksəkliklərin düşməndən azad olunması uğrunda döyüşlərdə xüsusi rəşadət göstərmişdir. Mehtab Quliyev oktyabrın 30-da Zəngilan döyüşləri zamanı 1117.0 yüksəkliyində düşmənin əks hucumunun qarşısını alarkən şəhid olmuşdur. Mehtab Quliyev noyabrın 3-də Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehtab Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehtab Quliyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehtab Quliyev ölümündən sonra "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Mehtab Quliyev “Cəbrayılın azad olunmasına görə” medalı ilə tətif edilib. 

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında və dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqları icra edərkən vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin  hərbi qulluqçusu Mehtab Quliyev  ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Ailəcanlı, vətənini, kəndini, elini sevən insan olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Gədəbəy rayo, Kiçikqaramurad kənd Nizami adına orta məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Quliyev Ənvər Mehdi oğlu Ana: Məşədiyeva Tamilə Şəmil oğlu Qardaş: Quliyev Mehrab Ənvər oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər