Quliyev Namiq Natiq
Ҫavuş
🇦🇿 Azərbaycan Şəhidi

Quliyev Namiq Natiq

Ata adı: Natiq

🐣
Doğum — Bakı
🕊️
Şəhadət — Xocavənd
📍
Dəfn Olunduğu Yer Bakı II Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Ҫavuş
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Səfərbərlik
Döyüşlərdə İştirak:
⚔️ Cəbrayıl ⚔️ Füzuli ⚔️ Xocavənd

Təltif Edildiyi Orden və Medallar

"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Namiq Quliyev 1994-cü il dekabrın 29-da Bakı şəhərində anadan olub. Ailənin yeganə övladı idi. 1996-cı ildə — Namiq Quliyevin 2 yaşı olanda Quliyevlər ailəsi Moldovanın Kişinyov şəhərində yaşamağa başlayırlar. 2000-ci ildə Kişinyov şəhərində N. Qoqol adına Liseyin birinci sinfinə qəbul olan Namiq Quliyev, 2005-ci ilə qədər orada təhsil alıb. 2005-ci ildə Namiq Quliyevin anası Gülarə Quliyeva oğlunu məhz Azərbaycanlı ruhunda böyütmək istədiyindən, onunla birgə Moldovadan Azərbaycana qayıtmaq qərarına gəlir. Vətənə döndükdə ən böyük istəyi Azərbaycan dilini mükəmməl səviyyədə öyrənmək olan Namiq, qısa müddətdə buna nail olur. Namiq Quliyev təhsilini 2 nömrəli Texniкi Humanitar Liseydə davam edib və 8-ci sinfə qədər burada təhsil alıb. 9-11-ci siniflərdə Zərifə Əliyeva adına Liseydə təhsil alıb və 2012-ci ildə məzun olub. 2012-ci ildə M.V.Lomonosov adına Mosкva Dövlət Universitetinin "Tətbiqi Riyaziyyat" faкultəsinə daxil olan Namiq Quliyev, 2016-cı ildə "Kompyuter elmləri" ixtisası üzrə ali təhsilini başa vurub. Hərbi xidmətini başa vurduğdan sonra "Uber" və "Simbrella" firmalarında çalışıb. Subay idi.
Namiq Quliyev 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Qusar rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətdə artilleriyaçı olub və çavuş rütbəsi alıb. Namiq Quliyev hərbi xidmət zamanı da fərqlənib. O, aztəminatlı ailədən olan və bu səbəbdən universitetə qəbul ola bilməyən əsgərin birinə 12 ay ərzində riyaziyyat fənnindən dərs verib. Nəticədə həmin əsgər hərbi xidmətini başa vurduğdan sonra ATU-ya qəbul oldu.

Azərbaycan Ordusunun çavuşu olan Namiq Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Qanunlara əsasən, tək övladlara edilən mümkün güzəştlərin ona olunmaması üçün, ailəsində tək övlad oluğunu hər kəsdən gizlədir, könüllü olaraq ön cəbhədə vuruşur.

Namiq Quliyev noyabrın 8-də Xocavənd döyüşləri zamanı şəhid olub. II Şəhidlər Xiyabanında  dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Namiq Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Namiq Quliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Namiq Quliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Elmə böyük marağı var idi. İxtisaslaşdığı sahənin bilik və bacarıqlarını mənimsəməkdən zövq alırdı. Bildiklərini bölüşməyi də özünə borc bilirdi. Vətənpərvər, dövlət və dövlətçiliyimizə bağlı insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Zərifə Əliyeva adına lisey
Ali Təhsil Moskva Dövlət Univrsitetinin Azərbaycan filialı
İş Yeri ”Zimbrella” MMC. İT mühəndisi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Quliyev Natiq Nadir oğlu Ana: Quliyeva Gülarə Qoca qızı Qardaş: Əliyev Orxan Natiq oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər