Quliyev Nəcməddin Natiq
Gizir
🇦🇿 Azərbaycan Şəhidi

Quliyev Nəcməddin Natiq

Ata adı: Natiq

🐣
Doğum — Cəlilabad Cünzəli kəndi
🕊️
Şəhadət — Ağdam
📍
Dəfn Olunduğu Yer Cəlilabad kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Gizir
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Cəbrayıl ⚔️ Füzuli ⚔️ Xocavənd ⚔️ Ağdam

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Quliyev Nəcməddin Sadiq  oğlu 1998-ci il dekabr ayının 21-də Cəlilabad rayonu Cünzəli kəndində anadan olmuşdur. Nəcməddin Quliyev orta təhsilini Cünzəli kənd orta məktəbində  almışdır.  

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Nəcməddin Quliyev 44 günlük Vətən Müharibəsində iştirak etmiş və “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”  medalları ilə təltif edilmişdir.

Nəcməddin Quliyev  Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdam istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Nəcməddin Quliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda” medalı və  3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir. 

Xatirələrdə Yaşayan Şəhid:

Mərd, cəsur, vətənpərvər insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Cünzəli kənd orta məktəbi
İş Yeri Azərbaycan Respublikası Müdafiəsi Nazirliyi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Quliyev Natiq Əhmədağa oğlu Ana: Quliyeva Gülzar Xanoğlan qızı Qardaş: Quliyev Ehtiram Natiq oğlu Bacı: Əbilova Müşərrəf Natiq qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər