Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Rizvan
Ramin Quliyev 1998-ci il noyabrın 7-də Bakı şəhərinin Binəqədi rayonunda anadan olub. 2005-2013-cü illərdə Binəqədi rayonunda Q. Babayev adına 179 nömrəli tam orta məktəbdə, 2013-2016-cı illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2016-2020-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ramin Quliyev 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Ağdam rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi.
Azərbaycan Ordusunun leytenantı olan Ramin Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ramin Quliyev oktyabrın 5-də Füzuli döyüşləri zamanı şəhid olub. Binəqədi rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Ramin Quliyev ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları və III dərəcəli “Rəşadət” ordeni ilə təltif edildi.
İnsanlara hörmətlə yanaşan, işində ciddi və məsuliyyətli, mehriban, səmimi, qayğıkeş, yardım sevər insan idi.
Ata: Quliyev Rizvan Allahverdi oğlu Ana: Cəfərova Sabirə Xeyrulla qızı Bacı: Quliyeva Simuzər Rizvan qızı Bacı: Quliyeva Sevinc Rizvan qızı