Üsuliddin -1- Hacı Mircəfər Əyyubov
Böyük Günahlar Kiçik Addımlarla Başlayır
Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Ata adı: Mərdan
Rəvan Quliyev 17 iyul 2001-ci ildə Şirvan şəhərində anadan olmuşdur. Əslən Neftçalalı olan Rəvan Quliyev 2007-ci ildə ailəsi ilə bərabər Bakı şəhərinə köçmüşdür. Rəvan 2007-ci ildə Bakı şəhər Səbail rayonunun 51 saylı tam orta məktəbinin 1-ci sinfinə daxil olmuşdur. 2013-cü ildə Neftcala rayonunun Aşağı Qaramanlı kəndinə köçmüş və orada orta məktəbin 7-ci sinfinə getmişdir. 1 il orada oxuduqdan sonra yenidən Bakı şəhərinə qayıdan Rəvan, 9-cu sinfi Bakı şəhər Səbail rayonunun 51 saylı məktəbində bitirmişdir. Daha sonra bərbərlik sənətinə yiyələnmişdir. Ən böyük arzusu məşhur futbolçu olmaq idi. Rəvan ailənin 2 oğul övladından biri idi.
Rəvan Quliyev 7 yanvar 2020-ci il tarixində Neftcala RHK-dan Ağcabədi rayonuna həqiqi hərbi xidmətə yollanmışdır. 3 ay orda xidmət etdikdən sonra Füzuli rayonunun N saylı hərbi hissəsində xidmətini davam etdirmişdir. O, 27 sentyabrda başlayan Vətən müharibəsinə qatılmış və Cəbrayıl,Füzuli,Zəngilan Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Rəvan Quliyev oktyabrın 24-də Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olmuşdur. Oktyabrın 25-də Neftcala rayon Astanlı kəndində dəfn olunmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Rəvan Quliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Sakit təbiətli idi. Heç kimlə mübahisə etməzdi. Heç kimin qəlbinə toxunmazdı.
Ana: Quliyeva Aybəniz Səfər qızı Ata: Quliyev Mərdan Xeybər oğlu Qardaş: Quliyev Hüseyn Mərdan oğlu