Quliyev Rusif Asim
MAHHXHQ əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Quliyev Rusif Asim

Ata adı: Asim

🐣
Doğum — Ağstafa Yenigün kəndi
🕊️
Şəhadət — Şuşa
📍
Dəfn Olunduğu Yer Ağstafa Yenigün kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ əsgər
Qoşun Növü Xüsusi Təyinatlı Qüvvələr
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Şuşa

Təltif Edildiyi Orden və Medallar

Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
Hərbi xidmətlərə görə medalı

Hərbi xidmətlərə görə medalı

Hərbi xidmətlərə görə
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi  yubiley medalı

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi yubiley medalı

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi yubiley medalı
III dərəcəli "Rəşadət" ordeni

III dərəcəli "Rəşadət" ordeni

"Rəşadət" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Rusif Quliyev 1989-cu il sentyabrın 9-da Ağstafa rayonunun Yenigün kəndində anadan olub. 1996–2007-ci illərdə E. Mustafayev adına Yenigün kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Təranə adlı bir qızı yadigar qaldı.

Rusif Quliyev 2007–2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2012-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi. Rusif Quliyev 8 illik hərbi xidmət müddətində "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edilib.

Rusif Quliyev 2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşlərinin iştirakçısı olub. 

Azərbaycan Ordusunun əsgəri olan Rusif Quliyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rusif Quliyev noyabrın 5-də Şuşa döyüşləri şəhid olub. Ağstafa rayonunun Yenigün kəndində dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rusif Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rusif Quliyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Rusif Quliyev ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Ürəyiyumşaq, ailəcanlı, vətənpərvər, mərd insan olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Ağstafa rayonu, Yenigün kənd orta məktəbi
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Asim Quliyev Covdar oğlu Ana: Quliyeva Təranə Fərman qızı Həyat yoldaşı: Aysel Həsənova Etibar qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər