Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Məhərrəm
Samir Quliyev 2001-ci il noyabrın 25-də Lənkəran rayonunun Velədi kəndində anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Samir Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Samir Quliyev sentyabrın 27-də şəhid olub. Lənkəran rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Samir Quliyev ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunması uğrunda”, “Cəsur döyüşçü, ”Xocavəndin azad olunması uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Samir Quliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mərd, cəsur, vətənpərvər, qorxmaz biri idi.
Ata: Quliyev Məhərrəm İbrahim oğlu Ana: Babayeva Şərqiyyə Qürbət qızı Bacı: Quliyeva Nərmin Məhərrəm qızı