Quliyev Təbriz İlqar
MAHHXHQ əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Quliyev Təbriz İlqar

Ata adı: İlqar

🐣
Doğum — Ağstafa Qırılı kəndi
🕊️
Şəhadət — Qubadlı
📍
Dəfn Olunduğu Yer Ağstafa Qırılı kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Qubadlı ⚔️ Zəngilan

Təltif Edildiyi Orden və Medallar

Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə
"Zəngilanın azad olunmasına görə" medalı

"Zəngilanın azad olunmasına görə" medalı

Zəngilanın azad olunmasına görə
Döyüşdə fərqlənməyə görə medalı

Döyüşdə fərqlənməyə görə medalı

Döyüşdə Fərqlənməyə görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Təbriz Quliyev 1994-cü il avqustun 5-də Ağstafa rayonunun Qırılı kəndində anadan olub. 2001–2012-ci illərdə S. Əliyev adına Qırılı kənd tam orta məktəbində təhsil alıb.
Təbriz Quliyev 2013–2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2018-ci ildən Azərbaycan Ordusunun sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət edirdi.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Təbriz Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Təbriz Quliyev oktyabrın 27-də Zəngilan döyüşləri zamanı şəhid olub. Ağstafa rayonunun Qırılı kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Təbriz Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Təbriz Quliyev ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Təbriz Quliyev ölümündən sonra "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Təbriz Quliyev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu,  Təbriz Quliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Vətənpərvər, mərd ,cəsur, qeyrətli, ailəcanlı, hörmətcil insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Ağstafa rayon, Ş. Əliyev adına Qırılı kənd tam orta məktəb
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Quliyev İlqar Pioner oğlu Ana: Quliyeva Şəhla Valeh qızı Qardaş: Quliyev Rəşad İlqar oğlu Bacı: Quliyeva Sona İlqar qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər