Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Həbib
Hüseyn Quluyev 2002-ci iyunun 26-da Tovuz rayonunun Ağbaşlar kəndində anadan olub. 2008-ci ildə 5 saylı Xırdalan şəhər tam orta məktəbinə gedib. Üç il təhsil ala bilib. 2017-ci ildə Tovuz rayonunun Dondar Quşçu kəndinə köçüblər. Hüseyn Quluyev 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Hüseyn Quluyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Hüseyn Quluyev oktyabrın 25-də Füzuli döyüşləri zamanı şəhid olub. Tovuz rayonunun Dondar Quşçu kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Hüseyn Quluyev ölümündən sonra "Vətən uğrunda" “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Quluyev Hüseyn 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib.
Vətənpərvər, sakittəbiətli, cəsur insan olub.
Ata: Quluyev Həbib İslam oğlu Ana: Quluyeva Kəklik Mikayıl qızı Qardaş: Göyçəyev Cəsur Həbib oğlu Qardaş: Quluyev İslam Həbib oğlu Bacı: Göyçəyeva Aysel Həbib qızı