Quluyev Nofəl İlham
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Quluyev Nofəl İlham

Ata adı: İlham

🐣
Doğum — Gədəbəy Qoşabulaq kəndi
🕊️
Şəhadət — Cəbrayıl Dağtumas kəndi
📍
Dəfn Olunduğu Yer Gədəbəy Qoşabulaq kəndı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Daxili Qoşunlar
Xidmət Növü Səfərbərlik
Döyüşlərdə İştirak:
⚔️ Cəbrayıl

Təltif Edildiyi Orden və Medallar

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
Laçının azad olunmasına görə medalı

Laçının azad olunmasına görə medalı

Laçının azad olunmasına görə
Hərbi xidmətlərə görə medalı

Hərbi xidmətlərə görə medalı

Hərbi xidmətlərə görə
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Quluyev Nofəl İlham oğlu, 1994-cü il iyunun 11-də Gədəbəy rayonu Qoşabulaq kəndində anadan olub. O, 2000-ci ildə Qoşabulaq kənd məktəbində tam orta təhsilinə başlayıb, 2011-ci ildə də həmin məktəbin məzunu olub. Elə həmin ildə də Azərbaycan Dövlət İqtisad Universitetinin Əmtəəşünaslıq fakültəsi, Marketinq mallarının ekspertizası ixtisasına qəbul olub. 2015-ci ildə məzun olduqdan sonra,  20 Oktyabr da həqiqi hərbi xidmətə yollanır. Hərbi xidmətini Qusar rayonunda yerləşən N saylı hərbi hissədə keçir.  Həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra isə öz ixtisası üzrə bir neçə müəssisədə işləyib.

 

2020 ci il İyul hadisələrindən sonra özü könüllü olaraq səfərbərliyə yazılır və sentyabrın 29-u də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsinə qatılır. Nofəl baş qumbaraatan idi. Döyüşlər zamanı böyük şücaət göstərib düşmənin bir neçə zirehli texnikasını məhv etmişdir. Oktyabrın 22-si Cəbrayıl istiqamətində gedən döyüşlər zamanı yanına minamyot mərmisi düşür və Nofəl ağır yaralanır. Bir neçə gün Silahlı Qüvvələrinin baş Klinik Hospitalında müalicə alsa da, 27 oktyabr tarixində Bakıda yerləşən özəl klinikada həkimlərin səyinə baxmayaraq aldığı ağır qəlpə yaralarından şəhadətə ucalır. 

 

Quluyev Nofəl oktyabrın 28 -i Gədəbəy rayon , Qoşabulaq kənd  qəbiristanlığında torpağa tapşırılır. 

 

Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, və “Hərbi Xidmətlərə” görə medalları ilə təltif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Quluyev Nofəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Qabaqcıl qumbara atan olub. Ailəli olan döyüş yoldaşlarını hec vaxt qabağa buraxmayıb. Çox ünsiyyətcil olub. Bütün döyüş yoldaşlarını qorumağa çalışıb.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Gədəbəy rayon, Qoşabulaq kənd orta məktəb
İş Yeri Çörək zavodu
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Quliyev İlham Musa oğlu Ana: Quliyeva Samirə Fərrux qızı Qardaş: Quluzadə Qafqaz İlham oğlu Qardaş: Quluzadə Cavid İlham oğlu Bacı: Quluzadə Mətanət ilham qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər