Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Elşən
Quluyev Ramil Elşən oğlu 1991-ci ilin fevral ayının 18-də Qubadlı rayonunda anadan olub. 1997-ci ildə Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub.2000-ci ildən təhsilini Sumqayıt şəhər 35 saylı tam orta məktəbində davam etdirib və 2008-ci ildə həmin məktəbin məzunu olub. Ali təhsilini Ukraynada almışdır.
O, 2011-ci ildə Kiyevdə Personalın İdarəetməsinin Regionlararası Akademiyası (MAUP)-nın menicment fakultəsinə daxil olmuş və 2015-ci ildə bitirmişdir. 2015-ci ilin iyul ayında hərbi xidmətə getmiş, hərbi xidmətdə baş atıcı olmuşdur. Hərbi xidmətdə olduğu müddətdə Lələtəpə uğrunda gedən döyüşlərdə iştirak etmişdir və 2016-cı ilin iyul ayında hərbi xidmətini bitirmişdir. Bundan sonra bir neçə özəl şirkətdə çalışmışdır. 27 sentyabırda səfərbəylik elan edilməmişdən əvvəl könüllü olaraq müharibəyə yazılmışdır.
Əsgər yoldaşlarının dediyinə görə Ramil müharibədə çox yaxşı iştirak etmiş, verilən tapşırıqları uğurla yerinə yetirmişdir. Hadrut uğrunda gedən döyüşlərdə verilən tapşırığı yerinə yetirərkən düşmənin snayper gülləsi ilə vurularaq qəhrəmancasına şəhid olmuşdur.12 gün neytral zonada qalıb.Sonra Ülvi adlı əsgər yoldaşı onu 4 km çiynində daşıyaraq arxa cəbhəyə təhvil vermişdir. Oktyabr ayının 22-si Sumqayıtda şəhidlər xiyabanında dəfn olunmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Quluyev Ramil Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Zarafatcıl, təmkinli, vətənpərvər, cəsur, qayğıkeş, igid, mərd insan olub.
Ata: Quluyev Elşən Qulu oğlu Bacı: Baxşiyeva Ramilə Elşən qızı