Quluzadə Əlimərdan Fəttah
Baş leytenant
🇦🇿 Azərbaycan Şəhidi

Quluzadə Əlimərdan Fəttah

Ata adı: Fəttah

🐣
Doğum — Masallı Birinci Yeddioymaq kəndi
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Masallı Birinci Yeddioymaq kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Baş leytenant
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Cəbrayıl ⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi  yubiley medalı

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi yubiley medalı

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi yubiley medalı
"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Əlimərdan Quluzadə 1993-cü il fevralın 14-də Masallı rayonunun Birinci Yeddioymaq kəndində anadan olub.
O, 2009-cu ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə, 2011-ci ildə isə Heydər Əliyev adına hərbi akademiyaya daxil olmuşdur. 2015-ci ildə leytenant, 2018-ci ildə baş leytenant hərbi rütbəsini almışdır. 2016-cı il Aprel döyüşlərində iştirak etmişdir.

Azərbaycan Ordusunun baş leytenantı olan Əlimərdan Quluzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əlimərdan Quluzadə oktyabrın 7-də Füzuli döyüşləri zamanı şəhid olub. Masallı rayonunun Birinci Yeddioymaq kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlimərdan Quluzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Əlimərdan Quluzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlimərdan Quluzadə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçusu Əlimərdan Quluzadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3 – cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilətəltif edilib

Xatirələrdə Yaşayan Şəhid:

Əlimərdan məktəb dövründən fəallığı ilə seçilirdi. Tərbiyyəsi, böyüklərə hörməti ilə, özünü sevdirməyi bacarmışdı. Dərslərində həmişə fəal iştirak edirdi. Çox fərqli şagirdlərdən biri olub. Döyüş vaxtlarında qazandığı cəsurluq bizləri çox qürurlandırdı.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Masallı rayon, Şəhid R. Əzizov adına Birinci Yeddioymaq kənd tam orta məktəbi
Ali Təhsil Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Quliyev Fəttah Əlimərdan oğlu Ana: Quliyeva Zöhrə Əliağa qızı Qardaş: Quliyev Həmid Fəttah oğlu Həyat yoldaşı: Quluzadə İlahə Ramin qızı Qızı: Quluzadə Dəniz Əlimərdan qızı Qızı: Quluzadə Dərya Əlimərdan qızı Qızı: Quluzadə Fatimə Əlimərdan qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər