Quluzadə Orxan Elxan
Кiçik gizir
🇦🇿 Azərbaycan Şəhidi

Quluzadə Orxan Elxan

Ata adı: Elxan

🐣
Doğum — Lənkəran
🕊️
Şəhadət — Zəngilan
📍
Dəfn Olunduğu Yer Lənkəran Şilavar kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Кiçik gizir
Qoşun Növü Dövlət Sərhəd Xidməti
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Zəngilan

Təltif Edildiyi Orden və Medallar

"Zəngilanın azad olunmasına görə" medalı

"Zəngilanın azad olunmasına görə" medalı

Zəngilanın azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
"Qarabağ" ordeni

"Qarabağ" ordeni

"Qarabağ" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Orxan Quluzadə 1994-cü il iyunun 29-da Lənkəran şəhərində anadan olub. 2000-2011-ci illərdə Vaqif Əliyev adına 4 nömrəli Humanitar Təmayüllü Liseydə təhsil alıb. Ailəli idi. Ayla adında bir qızı yadigar qaldı.

Orxan Quluzadə 2011-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Abşeron rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2018-ci ildən isə Dövlət Sərhəd Xidmətinin (DSX) Yevlax şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi.

Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Orxan Quluzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan Quluzadə noyabrın 8-də Zəngilan döyüşləri zamanı Şükürataz dağı istiqamətində şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Quluzadə "Qarabağ" ordeni ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Quluzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Quluzadə ölümündən sonra "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Mədəni, tərbiyyəli, cəsur, ailəyə qarşı mehriban, ailəcanlı, qızına çox bağlı idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Lənkəran şəhər, 4 saylı orta məktəb
İş Yeri N saylı hərbi hissə
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Quliyev Elxan Əbdülrəhman oğlu Ana: Quliyeva Fatma Xanağa qızı Qardaş: Quluzadə Kamran Elxan oğlu Həyat yoldaşı: Şərabçiyeva Ayişə Eminbəy qızı Qızı : Quluzadə Ayla Orxan qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər