Üsuliddin -1- Hacı Mircəfər Əyyubov
Böyük Günahlar Kiçik Addımlarla Başlayır
Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Ata adı: Elşad
Qurbanəli Elşad oğlu Quluzadə 25 iyun 2001-ci ildə Bakı şəhər, Xəzər rayonu Binə qəsəbəsində anadan olub. 2 qardaş 1 bacı olmaqla ailədə 5 nəfər olubar. Uşaqlıq illərini qəsəbədə keçirən Qurbanəli Quluzadə 2008-ci ildə Xəzər rayonu R.M.Sadıqov adına 136 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub. Daha sonra təhsilini 121 saylı tam orta məktəbdə davam etdirib. Orta təhsilini başa vurduqdan sonra, 21 oktyabr 2019-cu ildə Xəzər rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə yola salınıb.
2020-ci ilin sentyabr ayından etibarən başlayan və 44 gün davam edən II Qarabağ müharibə zamanı Qurbanəli də Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərə qatılıb, Füzuli, Cəbrayıl istiqamətində düşmənə qarşı vuruşaraq böyük şücaət və qəhrəmanlıqlar göstərib. Qəhrəman əsgər döyüş yolunu daha sonra Xocavənd istiqamətində davam edib və düşmənə qarşı sarsıdıcı zərbələr endirməklə xeyli sayda canlı qüvvəsini məhv edib. Xidmətinin 1 illiyində -oktyabr ayının 21-də Xocavənd istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhidin nəşi səhərisi gün Binə qəsəbəsinə gətirilib və orada yerləşən Şəhidlər Xiyabanında böyük izdihamla torpağa tapşırılıb.
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Qurbanəli Elşad oğlu Quluzadə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Qurbanəli Elşad oğlu Quluzadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mərd, cəsur, qorxmaz insan olub.
Ata: Quliyev Elşad Qurbanəli oğlu Ana: Quliyeva Elmira Ağarza qızı Qardaş: Quluzadə Zahid Elşad oğlu Bacı: Quluzadə Rəhiməxanım Elşad qızı