Qurbanov Cahangir Məmməd
MAHHXHQ əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Qurbanov Cahangir Məmməd

Ata adı: Məmməd

🐣
Doğum — Goranboy Borsunlu kəndi
🕊️
Şəhadət — Tərtər
📍
Dəfn Olunduğu Yer Goranboy Borsunlu kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Laçın ⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
Laçının azad olunmasına görə medalı

Laçının azad olunmasına görə medalı

Laçının azad olunmasına görə
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Cahangir Qurbanov 1994-cü il senytabrın 23-də Goranboy Rayonunun Borsunlu kəndində anadan olub. Cahangir Qurbanov 2001-ci ildə Goranboy Rayon Borsunlu kənd T.Əliquluoğlu adına 1 saylı tam orta məktəbin 1-ci sinfinə qəbul olmuşdur. 2011-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir.

Əmiləri – Raqif Qurbanov və Ələkbər Qurbanov I Qarabağ müharibəsində döyüşmüşlər.
2012-ci ildə müddətli hərbi xidmətə yollanıb.Gədəbəy rayonunun N saylı hərbi hissəsində xidmət etmişdir.2016-ci ildən yenidən Azərbaycan Silahlı Qüvvələrində xidmət etməyə başlamışdır. Xidmətini kəşfiyyatçı olaraq davam etdirmişdir.

Azərbaycan Ordusunun əsgəri olan Cahangir Qurbanov 2020-ci il Sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Talış istiqamətində gedən döyüşlərdə savaşıb. Talış döyüşləri zamanı düşmənin iki postunun ələ keçirilməsində xidmətləri olmuşdur. Cahangir Qurbanov sentyabrın 27-də Talış döyüşləri zamanı şəhid olub.

Sentyabrın 29-da Goranboy Rayon Borsunlu kənd Qəbiristanlığının Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə təltif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu,  Cahangir Qurbanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Şən, zarafatcıl, gülərüz, düzgünlük tərəfdarı idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Tanrıqulu Əliquliyev adına Borsunlu kənd tam orta məktəbi
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Qurbanov Məmməd Cahangir oğlu Ana: Qurbanova Elminaz Allahverdi qızı Qardaş: Qurbanov Yunis Məmməd oğlu Qardaş: Qurbanov Samir Məmməd oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər