Üsuliddin -1- Hacı Mircəfər Əyyubov
Böyük Günahlar Kiçik Addımlarla Başlayır
Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Ata adı: Rafael
Emil Qurbanov 10 dekabr 1999-cu ildə Ağdam rayonunun Çəmənli kəndində anadan olmuşdur. 15 sentyabr 2007-ci ildə Ziyəddin İsgəndərov adına məktəbin 1-ci sinfinə daxil olub, 2017-ci ildə həmin məktəbi bitirib.
2018-ci ildə Naxçıvan N saylı hərbi hissənin kəşfiyyat taborunun snayper ixtisası üzrə xidmət etmişdir. 2019-cu ildə həqiqi hərbi xidmətini bitirib ehtiyyata buraxılmışdı.
2020-ci ilin avqust ayı 057 saylı hərbi hissədə XTQ bölməsində xidmətə başladı. 2020-ci il sentyabr ayının 27-si Vətən müharibəsinə könüllü olaraq ön xətdə (Suqovuşana) yollandı. Murovdağı, Suqovuşan istiqamətində gedən döyüşlərdə fəal iştirak edib, Mübariz postu daxil olmaqla 22 postumuzu azad etmşdir. 50-dən çox düşmənin canlı qüvvəsini snayperle məhv etmişdir.
10 oktyabr 2020-ci ildə saat 11:30 radələrində Suqovuşandakı 951 yüksəkliyinin azadlığı uğrunda gedən döyüşdə düşmənin tank mərmisindən açılan atəş nəticəsində qəlpə yarası alaraq şəhadətə yüksəlmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Emil Qurbanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Şən, vətənpərvər, mehriban insan idi.
Ata: Qurbanov Rafael Lətif oğlu Ana: Qurbanova Xatirə Aslan qızı Qardaş: Qurbanov Lətif Rafael oğlu Qardaş: Qurbanov Elsevər Rafael oğlu