Qurbanov Masim Hafiz
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Qurbanov Masim Hafiz

Ata adı: Hafiz

🐣
Doğum — Masallı Ərəb kəndi
🕊️
Şəhadət — Qubadlı Qanlı göl
📍
Dəfn Olunduğu Yer Masallı Ərəb kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Könüllü
Döyüşlərdə İştirak:
⚔️ Qubadlı

Təltif Edildiyi Orden və Medallar

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Masim Qurbanov 7 yanvar 2001-ci ildə Masallı rayonu Ərəb kəndində anadan olub. 15.09.2008-ci il tarixində Masallı rayonu Ərəb kənd tam orta məktəbinin birinci sinfinə daxil olub. 2017-ci il tarixində həmin məktəbi bitirmişdir. Subay idi.
2019-cu ilin yanvar ayında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi hissələrinin birində müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ilin iyul ayında həqiqi hərbi xidmətini başa vurmuşdur.

Azərbaycan Ordusunun əsgəri Masim Hafiz oğlu Qurbanov 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərimizin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı istiqamətində gedən döyüşlərdə könüllü olaraq iştirak edib. Masim Qurbanov 30.10.2020-ci il tarixində Qubadlı istiqamətində gedən döyüşlərdə şəhid olub. Şəhidin nəşi 10 yanvar 2021-ci il tarixdə doğulduğu Masallı rayonunun Ərəb kənd qəbiristanlığında torpağa tapşırılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri Masim Hafiz oğlu Qurbanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri Masim Hafiz oğlu Qurbanov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri Masim Hafiz oğlu Qurbanov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Masim Qurbanov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib. 

Xatirələrdə Yaşayan Şəhid:

Atası: Masim uşaq yaşlarından hərbiçi olmaq arzusunda idi. O, hər zaman döyüş olsa irəlidə gedəcəm, mən də atam kimi döyüşəcəm nə olursa olsun geri dönmək yoxdur mən geriyə, ya qazi kimi, ya da Şəhid kimi dönəcəm.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Şəhid Hacıyev Müqəddəs adına Ərəb kənd tam orta məktəbi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Qurbanov Hafiz Alixan oğlu Ana: Gənciyeva Gülnar Zöhrab qızı Qardaş: Qurbanov Mais Hafiz oğlu Qardaş: Qurbanov Rais Hafiz oğlu Bacı: Kərimova Tünzalə Hafiz qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər