Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Mayis
Mayıl Qurbanov 1996-cı il iyunun 8-i İmişli rayonunun Xoşçobanlı kəndində anadan olub. 2004-cü ildə ailəsi ilə birlikdə Bakı şəhərinə daşınmışdır. Xanlıq kənd 1 nömrəli tam orta məktəbdə təhsilini bitirmişdi. Ailədə iki qardaş olublar. 2016-cı ildə ailə həyatı qurub. 2 qızı yadigar qaldı.
Mayıl Qurbanov orta təhsilini bitirdikdən sonra 2014-cü il iyulun 2-si İmişli rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Naxçıvan Muxtar Respublikası N saylı hərbi hissəsinə göndərilmişdir. 2016-cı il yanvarın 2-si Hərbi xidmətini vicdanla və layiqincə bitirib evinə geri dönmüşdür.
Azərbaycan Ordusunun əsgəri olan Mayıl Qurbanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlər, Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mayıl Qurbanov noyabrın 3-də Qubadlı döyüşləri zamanı Qubadlı rayonu ərazisində şəhid olub. İmişli rayonunun Xoşçobanlı kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mayıl Qurbanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Mayıl Qurbanov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Mayıl Qurbanov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Mayıl Qurbanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mayıl çox ailəcanlı, diqqətçil, zəhmətkeş, əməksevər, ünsiyyəti sevən, mehriban bir oğul idi. Zarafatı çox sevirdi. Vətəninə, elinə, torpağına bağlı idi.
Ata: Qurbanov Mayis Xanoğlan oğlu Ana: Qurbanova Aqidə Sətdər qızı Həyat yoldaşı: Qurbanova Nərmin Fail qızı Qızı: Qurbanlı Xədicə Mayıl qızı Qızı: Qurbanlı Məryəm Mayıl qızı Qardaşı: Qurbanov Aqşin Mayis oğlu