Qurbanov Murad Asif
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Qurbanov Murad Asif

Ata adı: Asif

🐣
Doğum — Salyan
🕊️
Şəhadət — Xocavənd Hadrut
📍
Dəfn Olunduğu Yer Bakı Badamdar qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Könüllü
Döyüşlərdə İştirak:
⚔️ Füzuli ⚔️ Xocavənd ⚔️ Cəbrayıl

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Qurbanov Murad Asif oğlu 23 mart 1996-cı ildə Salyanda anadan olub. 2002-ci ildə Salyanda 2 saylı orta məktəbin 1-ci sinifinə gedib. Anasının işi ilə əlaqədar olaraq 2-ci  sinifə Bakıda 51 saylı orta məktəbdə gedib. Təhsilinə bu məktəbdə davam edib. 2012-ci ildə orta məktəbi bitirib. Maliyyə İqtisad kollecinə daxil olub. Murad həm orta məktəbdə, həm də kollecdə müəllimlərin sevimlisi olub. Özünə məxsus xarakter onu sinifin, qrupun sevimlisi edib.

Murad kolleci bitirdikdən sonra 2015-ci ilin iyul ayında Səbail rayonu Səfərbərlik idarəsindən həqiqi hərbi xidmətə göndərilib. Xidmətini Tərtər rayonu Qaradağlı kəndində edib. Muradın xidməti aprel döyüşlərinə təsadüf edib. Murad aprel döyüşlərində iştirak edib. Ağdamın Quzanlı kəndində, Tapqaraqoyunluda, Tərtər rayonu Qapanlı kəndində gedən döyüşlərdə fəal iştirak edib.

Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra “Vətən uğrunda”, ”Füzulinin azad olunmasına görə", “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunub.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Qurbanov Murad  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

 

Xatirələrdə Yaşayan Şəhid:

Murad çox zarafatcıl, şən, həyat dolu, pozitiv, enerjili, davakar, qısqanc, təmizkar, çox səliqəli idi. İnsanlarla tez ünsiyyətə girir, bahalı və zövqlü geyimləri xoşlayırdı, bahalı ətirləri sevirdi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Səbail rayonu, 51 saylı orta məktəb
Ali Təhsil Azərbaycan Maliyyə və İqtisad Universiteti
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Qurbanov Asif Mikayıl oğlu Ana: Əmrahova Mehriban Vahub qızı Bacı: Qurbanova İlahə Asif qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər