Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Şəmşir
Qamət Qurbanov 2001-ci il iyulun 25-də Ağsu rayonunun Keşdiməz kəndində anadan olub. 2008–2019-cu illərdə Keşdiməz kənd tam orta məktəbində təhsil alıb.
Qamət Qurbanov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Qamət Qurbanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonu istiqamətində gedən döyüşlərdə savaşıb. Qamət Qurbanov sentyabrın 29-da Tərtər rayonu istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Ağsu rayonunun Keşdiməz kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Qamət Qurbanov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunması uğrunda” medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Qamət Qurbanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Cəsur, mərd, dostcanlı, ailəcanlı, vətətnpərvər gənc olub.
Ata: Qurbanov Şəmşir Zümürxan oğlu Ana: Qurbanova Fazilə Əlağa qızı Qardaş: Qurbanov Nemət Şəmşir oğlu