Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Üzeyir
Ruslan Qurbanov 1991-ci il sentyabrın 7-də Biləsuvar rayonunun Ağalı kəndində anadan olub. Ailəli idi. 2021-ci il yanvarın 5-də oğlu dünyaya gəldi, oğluna Ruslan adı verildi.
Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Ruslan Qurbanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Ruslan Qurbanov sentyabrın 28-də Murovdağ döyüşləri zamanı şəhid olub. O, 2 oktyabr 2020-ci ildə Biləsuvar rayonunun Ağalıkənd qəbiristanlığında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Qurbanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Qurbanov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ruslan ədəbli-ərkanlı, böyük-kiçik yeri bilən, tərbiyəli biri idi. Ailəsinə bağlı, qayğıkeş və sadiq olub. Dostcanlı, dar gündə dosta-tanışa köməklik edən biri idi. Heç kimin xətrinə dəyməzdi, hamı ilə mehriban yola gedər, xoş rəftar edərdi. Yardımsevər biri idi və köməyə ehtiyacı olanlara bacardığı qədər dəstək göstərirdi. Torpağına bağlı, vətəni uğrunda hər an canından belə keçməyə hazır olan bir igid idi.
Ata: Üzeyir Qurbanov Əlisoltan oğlu Ana: İlhamə Şəmiyeva Əyyub qızı Bacı: İlahə Bağırova Üzeyir qızı Bacı: Aysel Əliyeva Üzeyir qızı Qardaş: Elsevər Qurbano Üzeyir oğlu Həyat yoldaşı: Fidan Qurbanova Rafiq qızı Oğlu: Ruslan Qurbanov Ruslan oğlu