Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Mühübbət
Saleh Qurbanov 1990-cı il aprelin 14-də Xızı rayonunun Giləzi qəsəbəsində anadan olub. Ailəli idi. Bir övladı var idi.
Azərbaycan Ordusunun kapitanı Saleh Qurbanov 2020-ci ilin sentyabrın-noyabr aylarında Vətən müharibəsi zamanı Cəbrayıl, Xocavənd və Laçın istiqamətində gedən döyüşlərdə savaşıb.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən "Cəbrayılın azad olunmasına görə" medalı, "Xocavəndin azad olunmasına görə" medalı və "Laçının azad olunmasına görə" medalı ilə təltif edilib.
Saleh Qurbanov 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Saleh Qurbanov Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Saleh Qurbanov “Vətən uğrunda” medalı ilə tətif edilib.
Səyahəti sevirdi,ailəcanlı, gözəl övlad, gözəl ata idi. Namaz qılırdı, ziyarətlərə gedirdi. Müharibə zamanı əməliyyatçı idi. Döyüş dostları danışır ki, döyüş zamanı onları neçə dəfə olümdən xilas edib.
Ata: Qurbanov Mühübbət Ağabala oğlu Ana: Qurbanova Esmira Məhəmməd qızı Həyat yoldaşı: Qurbanova Ləman Asim qızı Oğlu: Qurbanov Mphübbət Saleh oğlu