Üsuliddin -1- Hacı Mircəfər Əyyubov
Böyük Günahlar Kiçik Addımlarla Başlayır
Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Ata adı: Arif
…
26.09.2020-ci il tarixdə gecə biz maşınlarla Füzuli istiqamətində səngərlərə getdik. Bizim bölük N saylı hərbi hissənin minaatan batareyası idi. Gecəni səngərdə qaldıq. 27-si səhər tezdən havada uğultu səsi eşitdim. Başımı qaldırıb baxanda pilotsuz aparatın bizim tərəfdə olduğunu gördüm. Bizim havadan müdafiə qüvvələri onu vurdu. Ardınca ağır çaplı silahların atəş səsləri... Müharibə başlandı. Komandanlıqdan bizə də atəş əmri gəldi. Biz minaatanlardan düşmənə şarsıdıcı zərbələr endirirdik. Düşmən bizim təminat yolumuzu artilleriya atəşi altında saxlayırdı. Biz 3 gün heç nə yemədən müqavimət göstərməli olduq. Yalnız 3 gündən sonra təminat maşınımız düşmən atəşləri altda bizə ərzaq və sursat çatdırdı. Günü-gündən qələbəyə inamımız artırdı, daha böyük ruh yüksəkliyi ilə irəli gedirdik. Ali Baş Komandanın və xalqın dəstəyini daim hiss edirdik. Məhz bu birlik sayəsində qələbə qazandıq. Bu böyük Zəfərdə kiçicik də olsa, əməyim olduğu üçün çox qürurluyam!
Ata: Qurbanov Arif Fazil oğlu Ana: Əliyeva Fəridə Ağa qızı Həyat yoldaşı: Qurbanova Aydan Müqabil qızı Bacı: Mirzəyeva Ülviyyə Arif qızı Bacı: Qurbanova Ruhiyyə Arif qızı Bacı: Qurbanova Süsən Arif qızı Bacı: Məmmədova Nülüfər Arif qızı