Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Daşqın
Xəqan Qurbanov 17 iyun 2002-ci ildə Ağdaş rayonunun Abad kəndində Daşqın Qurbanovun ailəsində anadan olmuşdur. 2008-2019-cu illərdə orta təhsil almışdır.
Xəqan Qurbanov 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissələrdən birində sıravi əsgər kimi hərbi xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra mülki fəaliyyətinə geri dönən Xəqan Qurbanov Xüsusi Təyinatlı Qüvvələrin kurslarına yazılmış, kurslardan keçdikdən sonra həmin hərbi birləşmələrin sıralarında müddətdən artıq hərbi xidmət qulluqçusu olaraq hərbi xidmətini davam etdirmişdir.
2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilmişdir. Təxribat nəticəsində Azərbaycan-Ermənistan sərhədində sərhəd toqquşması baş vermişdir. Döyüşlərdə Xüsusi Təyinatlı Qüvvələrin hərbçisi olaraq iştirak edən Xəqan Qurbanov 13 sentyabr 2022-ci ildə Kəlbəcər rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. 15 sentyabr 2022-ci ildə nəşi evinə gətirilərək doğulduğu Ağdaş rayonunun Abad kəndində dəfn edilmişdir. Dəfn mərasimində dövlət və hökumət nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Xəqan Qurbanov Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra III dərəcəli "Rəşadət" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Mərd, cəsur, qorxmaz, döyüşkən insan olub.
Ata: Qurbanov Daşqın İsmayıl oğlu Ana: Qurbanova Şəhla Bəhərçın qızı Qardaş: Qurbanova İsmayıl Daşqın oğlu Qardaş: Qurbanova Cəsur Daşqın oğlu