Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Əli
Qureşli Firuz Əli oğlu 1993-cü ildə 3 dekabrda Naxçıvan Muxtar Respublikası Şahbuz rayonu Külüs kəndində anadan olub. 2001-2010-ci ildə Külüs kənd orta məktəbində təhsil almışdır. 2010-2013-cü illərdə Heydər Əliyev adına Hərbi Liseyə daxil olmuşdur. 2013-2017-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil almışdır. 2017-2018-ci illərdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin dinləyici olmuşdur.
2018-ci ildə leytenant kimi Beyləqan hərbi korpusunun N saylı hərbi hissəsində xidmətə başlamışdır. 2019-cu ildə baş leytenant rütbəsi verilmişdir.
Azərbaycan Ordusunun baş leytenantı olan Fizuz Qureşli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı döyüşlərdə fəal iştirak edib. 106 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətdə gedən döyüşlərdə yaralanıb. Oktyabrın 10-da müalicə aldığı xəstəxanada vəfat edib. Külüs kənd məzarlığında dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Firuz Qureşli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Firuz Qureşli ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Firuz Qureşli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçusu Firuz Qureşli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3 – cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilətəltif edilib
Mərd, cəsur, vətənpərvər insan idi. Oktyabrın 6-da Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə yaralanır və 10 oktyabrda hospitalda gözlərini əbədi yumur.
Ata: Qureşli Əli Həyat yoldaşı: Qureşli Səmurə Qızı: Qureşli Duyğu Firuz oğlu