Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Meyvəddin
Babək Ramaldanov 1982-ci il avqustun 9-da Bakı şəhərində anadan olub. Əslən Qusar rayonundan idi. Milliyyətcə ləzgi idi. 1989-1997-ci illərdə Xətai rayonunda 59 nömrəli tam orta məktəbdə, 1997-2000-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2000-2004-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində, 2017-2019-cu illərdə isə Rusiya Silahlı Qüvvələrinin Ümumqoşun Liseyində ali hərbi təhsil alıb. Ailəli idi. Ramaldan və Süleyman adında 2 oğlu yadigar qaldı. Onun dayısı — Azərbaycan Silahlı Qüvvələrinin zabiti, Qarabağ müharibəsinin qazisi Şair Ramaldanovdur.
Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Babək Ramaldanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Babək Ramaldanov oktyabrın 16-da Füzuli döyüşləri zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Babək Ramaldanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Babək Ramaldanov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Babək Ramaldanov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Babək Ramaldanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Onun üçün vətənin müdafiəsi hər şeydən vacib, işğal altında olan torpaqlarımızı azad görmək arzusu isə hər bir arzudan öndə olub. Bu amalına çatmaq üçün gecə-gündüz öz üzərində çalışıb.
Ata: Ramaldanov Meyvəddin Əmirçoban oğlu Ana: Ramaldanova Xalidə Ramaldan qızı Qardaş: Ramaldanov Rauf Meyvəddin oğlu Həyat yoldaşı: Ramaldanova Aygün Allahverdi qızı Oğlu: Ramaldanov Ramaldan Babək oğlu Oğlu: Ramaldanov Süleyman Babək oğlu