Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Arif
Rail Ramazanov 1997-ci il aprelin 15-də Qusar rayonunun Hil kəndində anadan olub.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Rail Ramazanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rail Ramazanov noyabrın 1-də Xocavənd döyüşləri zamanı Qırmızı Bazar istiqamətində şəhid olub. Qusar rayonunun Hil kəndində dəfn olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərancamlarına əsasən Rail Ramazanov ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən uğrunda” medalı ilə təktif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Rail Ramazanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Ağıllı, tərbiyəli, vətənə sevgisi çox böyük idi.
Ata: Ramazanov Arif Məmməd oğlu Ana: Ələsgərova Qəfəs Nəcəf qızı Bacı: Ramazanova Marina qızı