Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Qardaşxan
Rövşən Ramazanov 14 aprel 1995-ci ildə Astara rayonunun Burzubənd kəndində anadan olub. 2001-ci ildə Astara rayonunun Burzubənd kənd tam orta məktəbinə daxil olmuşdur. 2012-ci ildə məktəbi bitirmişdir.
Rövşən Ramazanov 2013-cü ilin iyulunda Azərbaycan Silahlı Qüvvələrinə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətinə Ağcabədi rayonunun N saylı hərbi hissəsində başlayır. 3 ay sonra Ağdam rayonunun N saylı hərbi hissəsinə göndərilir və xidmətini burada davam etdirir. 2015-ci ilin yanvar ayında xidmətini uğurla başa vurmuşdur. Hərbi xidməti dövründə PK silahının baş tuşlayıcısı olmuşdur.
Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Rövşən Ramazanov 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan Vətən müharibəsinə oktyabrın 9-da könüllü olaraq qatılır. Cəbrayıl uğrunda döyüşlərdə, Qubadlı uğrunda döyüşlərdə və Xocavənd uğrunda döyüşlərdə savaşıb. Rövşən Ramazanov oktyabrın 27-də Xocavənd rayonunun Cütcü kənd ətrafında qəhrəmancasına vuruşaraq şəhid olmuşdur. Rövşən Ramazanov Astara rayonunun Burzubənd kəndində dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rövşən Ramazanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rövşən Ramazanov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rövşən Ramazanov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rövşən Ramazanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Rövşən Ramazanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mərd, cəsur, igid insan idi.
Ata: Ramazanov Qardaşxan Ana: Ramazanova Gülnarə Qardaşı: Ramazanov Səbuhi Qardaşxan oğlu