Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Şamməd
Əbdülrza Rəfibəyli 2 iyun 1998-ci ildə Xətai rayonunda anadan olmuşdur. Əslən Masallı rayonunun Boradigah qəsəbəsindəndir. 2004-2015-ci illərdə Nərimanov rayonunun Montin qəsəbəsində yerləşən Tahir Həsənov adına 57 saylı tam orta məktəbdə təhsil almışdır.
27 iyul 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə yollanan Əbdülrza Rəfibəyli Naxçıvan MR-da yerləşən "N" saylı hərbi hissəsində xidmət etmişdir. 4 yanvar 2018-ci ildə hərbi xidmət müddətini başa vurmuşdur. Topçu ixtisasıyla bağlı təcrübələr qazanmışdır.
2020-ci ilin Tovuz döyüşlərindən sonra iyul-sentyabr aylarında səfərbər olunan Əbdülrza Rəfibəyli sentyabr ayında çağırılmışdır. 21 sentyabr tarixindən başlayan hərbi təlim toplantılarında da iştirak etmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Əbdülrza Rəfibəyli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 23 oktyabr 2020-ci ildə Xocavənd-Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı başından qəlpə yarası alaraq şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Əbdülrza Rəfibəyli ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Əbdülrza Rəfibəyli Xocavəndin azad olunmasına görə” medalı ilə ilə tətif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Əbdülrza Rəfibəyli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mərd, cəsarətli, tərbiyəli, mədəni insan olub.
Ata: Rəfiyev Şamməd Əbdülrza oğlu Ana: Rəfiyeva Sayna Fərman qızı Qardaş: Rəfibəyli Şahin Şamməd oğlu Qardaş: Rəfibəyli Fərhad Şamməd oğlu