Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Musa
Seyfəli Musa Oğlu Rəfiyev 1997-ci il dekabr ayının 21-də Siyəzən şəhərində dünyaya göz açıb. Təhsilini Şirin İsmayılov adına 3 saylı tam orta məktəbdə almışdır. O, təhsil aldığı müddətdə dərslərində bir çox müvəffəqiyyətlər qazanmış və dərslərinə hər zaman hazırlıqlı olmuşdur. Seyfəlinin mərhəmətli ürəyində bir çox arzu və istəkləri olsa da ən böyük arzusu torpaqlarımızı düşməndən geri almaq idi. Vətənpərvərliyini hələ o vaxt bəlli etdi ki, orta məktəbi bitirib məzun olduqdan sonra tələbə adını qazanmaq əvəzinə əsgər olmağı seçdi. 2016-cı il yanvar ayının 5-i həqiqi hərbi xidmətə çağrıldı. Canından çox sevdiyi vətənin keşiyində durmuş Seyfəlimiz komandirlərinin sevgisini qazanmış və bir neçə fəxri fərman alaraq iyul ayının 5-i xidmətini başa vuraraq geri dönmüşdür. Ermənlərin günahsız dinc əhaliyə etdiyi vəhşilikləri düşündükcə düşmənə olan kini qəzəbi daha da artırdı, əsgərlikdən dönməyi 1 il belə deyildi ki, Seyfəli Rəfiyev Bakı şəhərində Xüsusi Hərbi İxtisas Kurslarına qəbul olaraq snayper təhsili aldı. 2018-ci ildə yenidən hərbiyə qayıdaraq Maxe kimi Vətənə xidmətə dəvam etdi Seyfəli Rəfiyev "Kəşfiyyatçı Gizir" kimi bir çox uğurlar qazanmaqla yanaşı aprel döyüşlərində də qəhramancasına iştirak etmişdir Və həmin bu uşaq idi ki Qarabağ uğrunda gedən Vətən müharibəsində qızğın döyüşlər zamanı böyük rəşadət göstərərək qəhramancasına Füzuli rayonunda şəhid oldu.
Azərbaycan Ordusunun giziri olan Seyfəli Rəfiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlər]]də savaşıb. Seyfəli Rəfiyev sentyabrın 28-də Füzuli döyüşləri zamanı şəhid olub. Siyəzən şəhəri, Balaca Həmyə kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Seyfəli Rəfiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən Seyfəli Rəfiyev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Seyfəli Rəfiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Seyfəli Rəfiyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Seyfəli Rəfiyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Seyfəli Rəfiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Şəhidimizin rəssamlığa böyük marağı var idi və çox gözəl əl işləri mövcuddur. Bundan başqa dünya ədəbiyyatından bəzi dedektiv və siyasi əsərləri oxumağı çox sevirdi, hətta kitab kolleksiyası yığırdı və bəzən dostlarına kitablar hədiyyə edirdi. İngilis dilini öyrənməyə çalışırdı və ailəsinin sözlərinə görə artıq sərbəst ingilis dilində danışa bilirdi. Şəhidimizin maraqlandığı sahələrdən biri də cizgi romanlar idi. Son oxuduğu cizgi romanı isə Assasins Creed seriyasının son 3 buraxılışı idi. Rəfiyev Seyfəl idman etməyi də çox sevirdi və ev şəraitində özü üçün idman hərəkətləri edirdi, ailəsinin sözlərinə görə, fiziki cəhətdən güclü insan idi.
Şəhidimiz ətrafındakı insanların hörmətini qazanmış, onların xatirələrində gözəl hislər buraxmışdır. Rəfiyev Seyfəl vətənpərvər insan idi və vətənə olan məhəbbəti onun hərbiyə olan istəyini daha da artırırdı. Bu səbəbdən də şəhidimiz bu ali vəzifəni özünə məslək seçdi.
Ata: Rəfiyev Musa Məhəmməd oğlu Ana: Rəfiyeva Könül Mollağa qızı Bacı: Rəfiyeva Aynur Musa qızı Qardaş: Rəfiyeva Məhəmməd Musa oğlu