Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: İlqar
Rəhimli Murad İlqar oğlu 1991-ci ilin 31 oktyabrında Sumqayıt şəhərində anadan olub. 1998-ci ildə Sumqayıt şəhəri Mikayıl Müşfiq adına 34 nömrəli məktəbin 1-ci sinfinə gedib. 2009-cu ildə ADPU-nun ekologiya fakültəsinə daxil olub. SOCARda atıcı işləyib. Dövlət qulluğuna hazırlaşıb, müsabiqə və müsahibədən keçib. 2020-ci ilin fevralında Millət vəkili olmaq üçün Sumqayıt şəhəri 41 sayli seçki məntəqəsinə namizədliyini verib.
Ailəli idi, 2 oğul övladı var. 2013-2014-cü illərdə Naxçıvanın Quru Qoşunlarında xidmətdə olub.
Azərbaycan Ordusunun əsgəri olan Murad Rəhimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində 1 oktyabr 2020-ci ildə Tərtər, Ağdərə istiqamətlərində döyüşmüşdür. 7 oktyabrda Suqovuşanda şəhid olub. 8 oktyabrda Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Murad Rəhimli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mərhəmətli, həqiqəti deyən, rəhimli, mehriban insan olub. Qocalar evinə və uşaqlar evinə tez-tez baş çəkərdi.
Ata: Əliyev İlqar Rəhim oğlu Ana: Əliyeva Mələk Əvəz qızı Həyat yoldaşı: Rəhimli Qəmər Şükür qızı Oğlu: Rəhimli Məhəmməd Murad oğlu Oğlu: Rəhimli Hüseyn Murad oğlu