Rəhimov Elnur Məmmədkərim
MAHHXHQ əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Rəhimov Elnur Məmmədkərim

Ata adı: Məmmədkərim

🐣
Doğum — Qəbələ Mıxlıqovaq kəndi
🕊️
Şəhadət — Şuşa
📍
Dəfn Olunduğu Yer Qəbələ Mıxlıqovaq kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Elnur Rəhimov 2000-ci il iyulun 25-də Qəbələ rayonunun Mıxlıqovaq kəndində anadan olub. 2006-2017-ci illərdə F. Həmidov adına Mıxlıqovaq kənd tam orta məktəbinə təhsil alıb. Subay idi.
Elnur Rəhimov 2018-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Həqiqi hərbi xidmətini başa vurduğdan sonra isə müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb. 2020-ci ildən Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi.

Azərbaycan Ordusunun əsgəri olan Elnur Rəhimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elnur Rəhimov noyabrın 1-də Xocavənd döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 01.12.2020-ci il tarixində Qəbələ rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Rəhimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Rəhimov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Elnur Rəhimov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Mehriban, qayğıkeş insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Qəbələ rayonu Mıxlıqovaq kənd orta məktəbi
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Rəhimov Məmmədkərim İsmayil oğlu Ana: Rəhimova Sürayə Culu qızı Qardaş: Rəhimov Seymur Məmmədkərim oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər