Rəhimov Fariz Zahir
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Rəhimov Fariz Zahir

Ata adı: Zahir

🐣
Doğum — Qəbələ Əmirvan kəndi
🕊️
Şəhadət — Şuşa
📍
Dəfn Olunduğu Yer Qəbələ Əmirvan kəndi Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Xocavənd ⚔️ Laçın ⚔️ Şuşa ⚔️ Füzuli ⚔️ Cəbrayıl

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Rəşadət" ordeni

III dərəcəli "Rəşadət" ordeni

"Rəşadət" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Fariz Rəhimov Zahir oğlu 2001-ci il 20 sentyabr tarixində Qəbələ rayonunun Əmirvan kəndində anadan olub. Milliyyətcə ləzgi olan Fariz Rəhimov, 2006-cı ildə Əmirvan kənd orta məktəbində orta təhsilə başlamış və 9-cu sinfi bitirdikdən sonra, 2016-cı ildə Bakı şəhər 12 saylı Bakı Peşə Liseyinə qəbul olub və 2017-ci ildə həmin təhsil müəssisəsindən Geniş Profilli Dəzgahçı dərəcəsi ilə məzun olub.
Azərbaycan Ordusunun əsgəri olan Fariz Rəhimov 2019-cu ilin payız çağırışında hərbi xidmətə çağrılıb.

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Füzuli, Cəbrayıl, Xocavənd, Laçın, Şuşa istiqamətində gedən döyüşlərdə savaşıb. Fariz Rəhimov Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub. Əmirvan kəndində yerləşən Şəhidlər xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fariz Rəhimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Fariz Rəhimov ölümündən sonra “Füzulinin azad olunması uğrunda”,  “Cəbrayılın azad olunması uğrunda”,  “Şuşanın  azad olunması uğrunda”,  “Xocavəndin azad olunması uğrunda” medalları ilə təltif edilib. 

Xatirələrdə Yaşayan Şəhid:

Cəsur, mərd, ailəcanlı, dostcanlı, vətənpərvər gənc idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Əmirvan kənd orta məktəbi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Rəhimov Zahir Arif oğlu Ana: Rəhimova Şərafət Səftər qızı Bacı: Rəhimova Pərişan Zahir qızı Bacı: Abdulrəhimova Aidə Zahir qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər