Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Sücəddin
Rəhimov Ramil Sücəddin oğlu 1 yanvar 1992-ci ildə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində anadan olub. Ceyranbatan qəsəbəsi 1 saylı orta məktəbini bitirib. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Silahlı Qüvvələrinin sıralarında hərbi xidmət edib. Hərbi xidmətini tamamladıqdan sonra Təlim-Tədris Mərkəzində gizir hazırlığı kurslarında iştirak edib.
Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Rəhimov Ramil Sücəddin oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı şəhid olub.
II Şəhidlər Xiyabanında dəfn edilib.
Vətənpərvər, qorxmaz, ailəcanlı, mehriban, şən insan olduğu bildirilir.
Ata: Rəhimov Sücəddin İmaməli oğlu Ana: Rəhimova Gülhava Firudin qızı Qardaş: Rəhimov Kamil Sücəddin oğlu Bacı: Kərimova Ülviyyə Sücəddin qızı Həyat yoldaşı: Rəhimli Türkanə Cəmaləddin qızı Qızı: Rəhimli Dəniz Ramil qızı