Rəhimov Rəşad İlqar
Baş leytenant
🇦🇿 Azərbaycan Şəhidi

Rəhimov Rəşad İlqar

Ata adı: İlqar

🐣
Doğum — Tərtər Tərtər rayonu
🕊️
Şəhadət — Şuşa Şuşa
📍
Dəfn Olunduğu Yer Bakı İkinci Fəxri Xiyaban
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Baş leytenant
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Qubadlı ⚔️ Füzuli ⚔️ Şuşa

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə
Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə
İgidliyə görə medalı

İgidliyə görə medalı

İgidliyə görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda

Həyat Yolu və Şəhadət Tarixçəsi

Rəşad Rəhimov 1985-ci il iyulun 16-da Tərtər şəhərində anadan olub. Əslən Yevlax rayonunun Qoyunbinəsi kəndindəndir.  2006-cı ildə Azərbaycan Beynəlxalq Universitetindən məzun olmuşdur.
Rəşad Rəhimov könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzinin leytenantlıq kursuna daxil olmuş və kursu "leytenant" rütbəsi ilə bitirmişdir.

Azərbaycan Ordusunun baş leytenantı olan Rəşad Rəhimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Zəngilanın, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rəşad Rəhimov noyabrın 9-da Şuşa istiqamətində şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Rəhimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Rəhimov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rəşad Rəhimov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rəşad Rəhimov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rəşad Rəhimov ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Rəşad Rəhimov  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3 – cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib

Xatirələrdə Yaşayan Şəhid:

Cəsur, ailəcanlı, vətənə bağlı biri olduğu deyilir.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Yevlax rayonu, Qoyunbinəsi kənd R.Rızayev adına orta məktəb
Ali Təhsil Azərbaycan Beynəlxalq Universiteti
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Rəhimov İlqar Aslan oğlu Ana: Rəhimova Solmaz Rəsul qızı Bacı: İsrafilli Ülviyyə İlqar qızı Qardaş: Rəhimov Nurlan İlqar oğlu Həyat yoldaşı: Rəhimova İlahə Səyyar qızı Qızı: Rəhimli Fatimə Rəşad qızı Oğlu: Rəhimli Ömər Rəşad oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər