Rəhimov Təbriz Rəsul
MAHHXHQ baş çavuş
🇦🇿 Azərbaycan Şəhidi

Rəhimov Təbriz Rəsul

Ata adı: Rəsul

🐣
Doğum — Yevlax Gülövşə kəndi
🕊️
Şəhadət — Zəngilan
📍
Dəfn Olunduğu Yer Yevlax Gülövşə kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ baş çavuş
Qoşun Növü Dövlət Sərhəd Xidməti
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Zəngilan

Təltif Edildiyi Orden və Medallar

Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
"Azərbaycan Bayrağı" ordeni

"Azərbaycan Bayrağı" ordeni

"Azərbaycan Bayrağı" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Rəhimov  Təbriz Rəsul oğlu 11 avqust 1990-cı ildə Yevlax rayonun Gülövşə kəndində anadan olub. Yevlax rayon, Gülövşə kənd orta məktəbini bitirib.

Rəhimov  Təbriz Vətən müharibəsində iştirak etdikdən sonra Sərhəd Qoşunlarında Xüsusi təyinat bölüyünün kəşfiyyat-minaaxtaran bölməsində baş çavuş olaraq çalışıb.

Azərbaycan Ordusunun baş çavuşu olan Təbriz Rəhimov 2022-ci il sentyabrın 13-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Təbriz Rəhimov  “Vətən uğrunda” medalı ilə tətif edilib. 

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Təbriz Rəhimov  “Azərbaycan bayrağı” ordeni ilə tətif edilib. 

Xatirələrdə Yaşayan Şəhid:

Vətənpərvər, ailəcanlı dürüst, böyük-kiçik yeri bilən, ədalətli, dosta sədaqətli, yardımsevər, ataya-anaya hörmət edən insan olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Yevlax rayon, Gülövşə kənd orta məktəb
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Rəhimov Rəhim İsa oğlu Ana: Rəhimova Reyhan Rüstəm qızı Qardaş: Rəhimov Pərviz Rəhim oğlu Qardaş: Rəhimov Pərvin Rəhim oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər