Rəhimov Tural Arif
Leytenant
🇦🇿 Azərbaycan Şəhidi

Rəhimov Tural Arif

Ata adı: Arif

🐣
Doğum — Cəlilabad Söyüdlü kəndi
🕊️
Şəhadət — Qubadlı
📍
Dəfn Olunduğu Yer Cəlilabad Söyüdlü kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Leytenant
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Qubadlı ⚔️ Cəbrayıl

Təltif Edildiyi Orden və Medallar

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə
Döyüşdə fərqlənməyə görə medalı

Döyüşdə fərqlənməyə görə medalı

Döyüşdə Fərqlənməyə görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Tural Rəhimov 1993-cü il yanvarın 1-də Cəlilabad rayonunun Söyüdlü kəndində anadan olub. 1999-2003-cü illərdə Söyüdlü kənd tam orta məktəbində, 2003-2008-ci illərdə Muğan kənd tam orta məktəbində, 2008-2010-cu illərdə isə Cəlilabad şəhərində 1 nömrəli tam orta məktəbdə təhsil alıb. 2010-2014-cü illərdə Lənkəran Dövlət Universitetində (LDU) "Kimya-biologiya" ixtisası üzrə ali təhsil alıb. 2016-cı ildən müəllim olaraq çalışırdı. Ailəli idi. Bir övladı yadigar qaldı.
Tural Rəhimov 2014-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Həqiqi hərbi xidmətini başa vurduğdan sonra isə 2015-2018-ci illərdə Azərbaycan Ordusunun sıralarında müddətdən artıq həqiqi hərbi xidmətdə olub və "leytenant" hərbi rütbəsi alıb. 2016-cı il aprelin 1-də məzuniyyətə göndərilsə də, 2-5 apreldə baş verən Aprel döyüşlərinin başlaması ilə hərbi hissəyə geri dönən Tural Rəhimov, Aprel döyüşlərində savaşdı.

Azərbaycan Ordusunun leytenantı olan Tural Rəhimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tural Rəhimov oktyabrın 22-də Qubadlı döyüşləri zamanı şəhid olub. Cəlilabad rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Rəhimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Rəhimov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Rəhimov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Tural Rəhimov ölümündən sonra " Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Tural Rəhimov ölümündən sonra III dərəcəli "Vətənə xidmətə görə" medalı ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Vətəni sevən, torpaqlara bağlı biri olmuşdur.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb 1 nömrəli tam orta məktəb
Ali Təhsil Lənkəran Dövlət Universiteti
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Rəhimov Arif Xanoğlan oğlu Ana: Rəhimova Zərifə Müzəffər qızı Qardaş: Rəhimov Bəhruz Arif oğlu Bacı: Rəhimova Rəhimə Arifə qızı Qardaş: Rəhimov Vüsal Arif oğlu Həyat yoldaşı: Rəhimova Şəlalə Şahgəldi qızı Qızı: Rəhimzadə Yağmur Tural qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər